Səni sevmək...

KÖŞƏ
21:14 26.01.2011
2089
Əvvəl etiraz edib
Qanı yerdə qurumamış
Quzunun ölümünə…
Hönkür-hönkür ağlayarsan
Söyərsən “bismillah”ları
Sonra ləzzətlə
Dişinə çəkib kababı
Üstündən də tut arağı…
Bax belədir,
Səni sevmək
Bu qədər
Bəsit və mürəkkəb…

***
inan, dostum,
gözlədiyim o qar
mütləq yağacaq
Məhəmmədin ürəyindəki
Qara nöqtəni
Yuyan tək
Yuyacaq insanların ürəyini…
Bir gün hamı
Peyğəmbər olacaq…
…Və anlayacaqsan ki,
Mən kafir deyiləm…

***

övladını sinəsinə sıxmış,
gözlərini göylərə dikmiş,
çirkin fahişə…
ümidsiz təbəssümlə:
“Cənnət anaların ayaqları, altındadır”-
pıçıldayıb
gülümsədi,
sonra…
sonra
dünyanın
ən müqəddəs yağışları yağdı…

***

Qaranlıqda bir siqaret
alışdırarkən
Üzündəki kədərə
işıq tutmaqdır,
yalnızlıq…
sonra anlamaqdır ki,
çölə üfülədiyin,
qovmağa çalışdığın,
…kədər yox,

Yeganə Cansail. kultaz.com

OXŞAR XƏBƏRLƏR