Sərxoş qadın maşınla ana-balanı vurdu

Bütün Xəbərlər
09:31 16.03.2011
1551
Gəncədə bir nəfərin ölümü digərinin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib. Şəhər Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini Nəzakət Sadıxova sərxoş halda idarə etdiyi “VAZ-2106” markalı avtomaşını həmyerliləri Marina Qarazadəni və onun oğlu Kamranı vurub.

Nəticədə xəsarət almış M.Qarazadə və onun azyaşlı oğlu Kamran xəstəxanaya yerləşdirilib. Çox keçmədən Kamran aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

//lent.az

OXŞAR XƏBƏRLƏR