Saakaşvili ABŞ-da demokratiyadan danışdı

Bütün Xəbərlər
13:48 27.03.2011
1509
“Populyar İnqilablardan Effektiv İslahatlara Doğru: Gürcüstan Təcrübəsi” başlıqlı forumda cənab Saakaşvili ərəb dünyasında yaşanan inqilabları gürcü xalqının təcrübəsi ilə müqayisə etdi. Qərbyönümlü lider nitqində demokratiya dalğasının güclənməsindən ruhlandığını bildirdi, azadlıq və demokratiya ideyalarının ABŞ xarici siyasətində aparıcı rol oynamasının vacibliyini vurğuladı. Eyni zamanda o, inqilabla demokratik idarəçilik arasında fərqlərin mövcud olduğunu önə çəkərək diktatorun devrilməsindən sonra işlək demokratiya qurulması yönümündə Gürcüstanın qət etdyi yola nəzər saldı.

Misir və Tunisdə baş verənlərin ona tanış gəldiyini deyən cənab Saakaşvili iniqlab baş verən ölkələrdə adətən büroktarik süründürməçiliyin baş alıb getdiyini, korrupsiya və qanunsuzluöun geniş yayıldığını söylədi. Onun sözlərinə görə Qızılgül İnqilabı qələbə çalmazdan öncə Sovet dönəmindən miras qalmış idarəçilik metodları və bürokratiya gürcü cəmiyyətini sındırmış və ölkə insanlarının həyatını bərbad hala salmışdı. Kiçik tarixi demokratiya təcrübəsi olan Gürcüstanda Saakaşvili və onun gənc komandası hər şeyə sıfırdan başlamağa məcbur oldular. Bu, bir tərəfdən çətin idi, o biri tərəfdən yeni cəmiyyət qurmaq imkanı dəyərli fürsət idi. Gürcüstanı əsl ilk post-Sovet ölkəsi adlandıran cənab Saakaşvilinin sözlərinə görə onun hökumətində ən yaşlısı özüdür. Bu isə o deməkdir ki, yaşı 20 və 30-larda nazir və millət vəkillərinin çoxu Sovet dönəmini az qala xatırlamır və ən azı Sovet idarəçilik üsullarından xeyli uzaqdırlar.

Ölkəsinin çətin geosiyasi məkanda, avtoritar ölkələrin əhatəsində yerləşdiyini qeyd edən cənab Saakaşvili öz hökumətinin həyata keçirdiyi bir sıra dəyərli islahatları vurğuladı. Onun sözlərinə görə ilk verdiyi göstərişlərdən biri Dövlət Yol Polisinin ləğvi və polis qüvvələrində kütləvi ixtisarlar idi. “Bu qərardan sonra bilirsiniz nə baş verdi? Cinayət azaldı. Çünki cinayət törədənlərin çoxu elə polislər idi.” Siyasi baxışlarında Amerikaya nümunə kimi baxdığına eyham vuran Gürcüstan lideri idarəçilik fəlsəfəsinin üç əsas prinsipə söykəndiyini bildirdi ki, bunlar hökumətin cəmiyyətə müdaxiləsini minimuma endirmək, vergiləri azaltmaq və korrupsiyaya qarşı aqressiv mübarizə aparmaqdır.

OXŞAR XƏBƏRLƏR