Saakaşvili: "Sarkisyan qardaşım və ən yaxın dostumdur"

Bütün Xəbərlər
07:41 24.01.2011
1845

AzXeber.com-un Erməni mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi ziyarəti üçün Ermənistanın paytaxtı İrəvan şəhərinə gələb Saakaşvili, prezident Serj Sarkisyanla erməni-gürcü elmi olimpiadasının bağlanış mərasimində iştirak edib. 

Mərasimdə çıxış edən Mixail Saakaşvili, iki ölkə xalqları arasında dərin dostluqdan danışaraq, bu dostluğun digər xalqlar üçün nümunə olduğunu söyləyib. "Ugurlarınız, hər iki xalqımızın uğurlarıdır"-deyə erməni prezidentinə müraciət edən Saakaşvili, erməni xalqına yeni uğurlar arzulayıb. Sarkisyanı qardaşı və ən yaxın dostu olaraq gördüyünü söyləyən Saakaşvili, Ermənistan prezidentinin həm özünə, həm gürcü xalqına hər zaman dəstək verdiyini vurğulayıb. Ermənistan və Gürcüstan dövltlətinin, ölkə xalqlarının inkişafı üçün səy göstrməsinin lazım olduğunu söyləyən Mixail Saakaşvili, "İrəvanla Tiflis ikitərəfli əlaqələrin daha da güclənməsi üçün hər cür səy göstərməlidirlər"-deyə qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR