Saakaşvili İŞİD-də döyüşən gürcülərdən danışdı

Saakaşvili İŞİD-də döyüşən gürcülərdən danışdı
Bütün Xəbərlər
11:03 13.01.2015
994
Gürcüstanın sabiq prezidenti ölkənin mövcud hakimiyyətinin fəaliyyətindən narazıdır.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, yüzlərlə gürcü “İslam dövləti” terror qruplaşmasının tərkibində döyüşür.
AZXEBER.COM xəbər verir ki, Saakaşvili bu sözləri “Rustavi 2” telekanalının birbaşa efirində çıxışı zamanı bildirib.
“Gürcüstanın yüzlərlə vətəndaşı Suriyaya göndərilib”, - siyasətçi qeyd edib.
Onun sözlərinə görə, Tbilisi Ukraynanın şərqində döyüşən könüllüləri “təxribatçı” adlandırır, amma Suriya və İraqda yaraqlıları dəstəkləyən Gürcüstan vətəndaşlarına qadağalar qoymaq üçün heç bir iş görmür.
OXŞAR XƏBƏRLƏR