Əgər hazırki hökumət köhnə qaydalarla pul qazanmaq istəsəydi, bunu çox asanlıqla edərdi.
AZXEBER.COM-un gürcü mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Telavi şəhərinə səfər edən Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. Ölkədə aparılan quruculuq işlərindən danışan prezident bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib.
“Ölkəni qurarkən keçirdiyin qürur hissini heç bir pula, yaxud villalara dəyişmək olmaz”, - deyə o vurğulayıb.