Saakaşvili rəis müavinini iclasdan qovdu –VİDEO

DÜNYA
17:21 27.02.2016
1937
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili İqtisadi İnkişaf Şurasının iclasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisindən zalı tərk etməsini istəyib.
Axar.az xəbər verir ki, iclasda Odessanın prokuroru David Sakvarelidze, polis rəisi Georgi Lortkipanidze iştirak etdiyi halda UTX-nin vilayət rəhbəri Sergey Batrakov gəlməyib.
“Mən UTX-nin bu münasibətinə dözmək istəmirəm. Siz qoz mafiyasını və digərlərini dəstəkləyirsiz. Hardadır UTX-nin vilayət rəhbəri? Birinci müavin, rəhbəriniz haradadır? İşdə? Ukrayna prezidentinin qurduğu bu şura UTX rəhbəri üçün iş deyil? Batrakov burda olmalıdı, kimdir ki bizi boykot edir? Qoy, UTX-nin rəisi təcili bura gəlsin”, - Saakaşvili bildirib.
UTX rəsmisi cavab vermək istəsə də, Saakaşvili ona əngəl olub və ondan zalı tərk etməsini tələb edib.
OXŞAR XƏBƏRLƏR