“Sağalmışam, sevinə-sevinə evimə gedirəm” - Video

“Sağalmışam, sevinə-sevinə evimə gedirəm” - Video
SOSİAL
10:05 08.07.2020
1409
Son günlər statistikaya nəzər salsaq, Azərbaycanda koronavirusdan sağalanların sayının artdığını görərik. Belə ki, ötən günün rəqəmlərinə əsasən daha 453 nəfər COVİD-19 virusundan sağalaraq evə buraxılıb.

AZXEBER.COM xəbər verir ki, xəstəliyin ağır günlərini geridə qoyanlar REAL TV-yə xəstəliklə mübarizə apardıqları çətin günlərdən danışıb. Dedikləri ilk cümlələrsə belə olub: "Hələ də bəzi insanlar buna barmaqarası baxır. Yalan deyil, biz bunu yaşadıq. Hər gün boğulurduq”.

Nərminə Əhmədova 15 gün xəstəliklə mübarizə aparıb. Yüksək hərarətlə xəstəxanaya yerləşdirilən qadın həm də süni tənəffüs aparatına qoşulu halda mübarizəsini davam etdirib. Hazırda isə verdiyi bütün analizlərin cavabı təmiz çıxıb: "Sağalıb evə yazılmışam. Sevinə-sevinə evimə gedirəm. Bu gün ayaqüstəyəm, rahatam, özümü çox sərbəst hiss edirəm. Hər kəs özünü və ətrafını qorumalıdır”.

Xəstəlikdən sağalan Alimə Aşurova isə xəstəxanaya gəldiyi günlərdə vəziyyətinin heç də yaxşı olmadığını bildirib: "İkinci gün dedim ki, özümü pəncərədən aşağı atacam. Dözə bilmirdim. Məndən çox qorunan yox idi. 40 il həkim işləmişəm”. 

Sağalanlardan biri də Ələmdar İsgəndərovdur. O, 17 gün xəstəxanada müalicəsini davam etdirib və ötən gün evə buraxılıb: "Həkimlərimiz sağ olsun, bizi müalicə etdilər. Üç gün süni tənəffüs aparatına bağlı qaldım, həqiqətən həddindən ağır xəstəlikdir”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video
22:13 28.10.2026
“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
22:00 28.10.2026
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
21:56 28.10.2026
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
21:49 28.10.2026
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb