Saatlı camaatı oranı turizm məkanına çevirmək istəyən namizədi tanıyırmı?

Saatlı camaatı oranı turizm məkanına çevirmək istəyən namizədi tanıyırmı?
Seçki2024
14:18 18.01.2020
5758
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov 62 saylı Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəddir. 

AZXEBER.COM xəbər verir ki, Nahid Bağırovun adı Azərbaycan ictimaiyyətinə heç də yad deyil. Ancaq maraqlıdır ki, deputat olmaq istəyən və uzun illərdir ki, turizm sahəsində çalışan Nahid Bağırov haqda dünyanın ən məşhur bilgi ensiklopediyası hesab edilən "wikipedia”da heç bir məlumat yoxdur. Nəzərə alsaq ki, bu şəxs daha çox turistlərlə iş aparır və dünyada ən çox müraciət olunan saytlardan biri "wikipedia”dır, bu halda Bağırovun səhifəsinin olmaması başadüşülən deyil.

Nahid Bağırovun "google” şəbəkəsində adını axtarışa verəndə maraqlı faktlarla qarşılaşmaq mümkündür. Onun bu günə qədər əksər açıqlamaları turizmlə bağlıdır. Xüsusən, turizm polisi yaradılması təklifi bir müddət gündəmi zəbt etmişdi. Ancaq gənc namizədin ictimai-siyasi proseslərə reaksiyasızlığı diqqət çəkir. O bu mövzuda "susqun gənc” kimi tanınır.

Hazırda yerli medianın gündəmində olan və bir neçə saytda özünü təbliğ edən gənc kadrın nəyə görə məhz Saatlıdan namizədliyini verdiyi qeyri-müəyyəndir. Çünki faktdır ki, Saatlı turizm cəhətdən digər regionlarımız qədər potensiallı sayılmır. Namizədin özü də bu günə qədər Saatlı haqda xüsusi məqalə və yazı ilə çıxış etməyib.

Bəlkə də turizm bilicisi olan Nahid Bağırov Saatlını turizm mərkəzinə çevirə biləcək. Ancaq bunun üçün ilk növbədə Saatlı seçicilərinin rəğbətini qazanmaq lazımdır, bu isə rayonda çox az tanınan namizədlər üçün çox çətindir. 

Nahid Bağırov müsahibəsində "Nəyə görə məhz Saatlı?” sualına belə bir cavab verir:  "Bilirsiniz, Bakı çox gözəldir, çox inkişaf edib. Fəaliyyət sferamla bağlı dünyanın çox yerində olmuşam, o cümlədən, milyonlarla insanların görmək istədikləri şəhərlərdə. Tam əminliklə və səmimiyyətimlə deyirəm: onların böyük əksəriyyəti gözəlliyinə, təmizliyinə, infrastrukturuna görə Bakıya çata bilməzlər. Ancaq bir reallıq da var ki, Azərbaycan tək Bakıdan ibarət deyil. Mənim fikrimcə, biz iri şəhərlərdən daha çox, rayonlardan parlamentə seçilməyə can atmalıyıq ki, seçildiyimiz təqdirdə onların problemləri və qayğılarını qanunverici orqanlara çatdıraq, bir körpü rolunu oynayaq”. 

Bu yerdə qeyd etmək yerinə düşər ki, Azərbaycanda tək Bakı şəhəri inkişaf etməyib. Digər şəhərlər: Gəncə, Şəki, Şamaxı, İsmayıılı, Qəbələ, Quba, Lənkəran, Qusar, Şəmkir, Sumqayıt da inkişaf tempinə görə geri qalmır. Gəncənin Avropa Gənclər Paytaxtı olmasını, Şəkinin "Unesco” Ümumdünya İrs siyahısına salınmasını buna misal göstərmək olar.

Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, Nahid Bağırov özünü yeni faəliyyət istiqamətində sınamaq istədiyini deyir və geniş müsahibəsində platformasını açıqlamır. Ancaq digər iddialı namizədlər ilk olaraq platformanı açıqlayıb və hansı işləri görəcəyini deyib. Saatlı seçicisi üçün isə namizədin neçə xarici ölkədə olduğu yox, onlara nə kimi imkanlar yaradacağı maraqlıdır. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.

Sonda qeyd edək ki, 62 saylı Saatlı seçki dairəsindən bu günə qədər Cəlal Əliyev, Əhliman Əmirasovlanov və Əflatun Amaşov deputat seçilib. Cəmiyyətdə kifayət qədər nüfuzu olan bu şəxslərə Saatlı camaatı çox sans verməyib. Belə ki, Əhliman Əmiraslanov və Əflatun Amaşov 1 dəfə bu rayondan deputat seçilə biliblər. 5-ci çağırış millət vəkili seçilən Amaşov bu dəfə namizədliyini irəli sürməyib. Məhz bu səbəbdən də Nahid Bağırovun şansları yüksək qiymətləndirilir.

Ölkədə Prezident İlham Əliyevin apardığı islahatların fonunda Saatlı camaatının Nahid Bağırov kimi siyasətdə təcrübəsi çox olmayan şəxsə güvənib-güvənməyəciyinə isə fevralın 9-da aydınlıq gələcək.
 
Altay Qorxmaz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
20:49 29.10.2026
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır