Sabah Azərbaycan Milli Məclisinin yaz sessiyası başlayır

Sabah Azərbaycan Milli Məclisinin yaz sessiyası başlayır
Bütün Xəbərlər
11:15 31.01.2012
947
Milli Məclisin (MM) 2012-ci il yaz sessiyası fevralın 1-də başlayır.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, yaz sessiyasının ilk plenar iclasına 4 məsələ salınıb. Bunlar Milli Məclisin İntizam Komissiyasının , Hesablayıcı Komissiyasının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.
Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının işlər planına ümumilikdə 17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri daxil edilib. 
OXŞAR XƏBƏRLƏR