23 dekabr tarixində Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri zamanı ölkə üzrə qeyri-iş günü olacaq. Mərkəzi Seçki Komisiyasından verilən məlumata görə, işğal olunmuş Azərbaycan torpaqları istisna olmaqla ümumrespublika üzrə seçkilər həyata keçirildiyi üçün 23 dekabr tarixi qeyri-iş günüdür. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, seçki günü səsvermə keçirilən ərazidə iş günü hesab olunmur. Azərbaycan üzrə 118 seçki dairəsində səsvermə baş tutacaq. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 əməkdaş seçiləcək.
Orxan