Sabah Azərbaycanda hava necə olacaq? - Nazirlik açıqladı

Sabah Azərbaycanda hava necə olacaq? - Nazirlik açıqladı
SOSİAL
12:33 03.10.2017
3360

Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, yağış axşama doğru tədricən kəsiləcək, mülayim şimal-şərq küləyi  əsəcək.

Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti , Bakıda gecə  11-13°, gündüz  14-16° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə  7-12°, gündüz  14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR