Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə və gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.Yanvarın 20-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağmurlu və soyuq hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 21-22-də əlverişsiz soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq, oksigenlə zəngin və təmiz havanın üstünlüyü müsbət amildir.Azərbaycanın rayonlarında yanvarın 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.