Ölkənin ilk müasir kinoteatrı Park Cinema paytaxtda ən böyük meydançasını sabah açacaq.
Sabah 6 zaldan ibarət olan və eyni zamanda 1000-dən artıq tamaşaçı qabul etməyə malik olan daha bir Park Cinema kinoteatrı öz qapılarını kino həvəskarlarının üzünə açacaq.
Kinoteatrın yaradılmasında istifadə olunan müasir avadanlıqlar, yeni texnologiyalar sayəsində, həmçinin tamaşaçı yerlərinin sayı baxımından yeni məkan ölkənin ən böyük və ən müasir kinoteatrı olmağa iddialıdır.
Yeni kinoteatr N. Nərimanov metro stansiyasından piyada 3 dəqiqəlik bir məsafədə yerləşən Metro Park AVM-nin 6-cı mərtəbəsində yerləşir.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətinə başlamışdır. Mədəniyyət ocağının fəaliyyəti ilk növbədə əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edərək insanların mədəni-maarifləndirilməsinə istiqamətləndirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin qarşısına qoyduğu əsas vəzifələrdən biri kinoya getmək mədəniyyətini gənc nəsil arasında bərpa edib, əhalini yüksək kinomədəniyyətinə alışdırmaqdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən https://www.facebook.com/ParkCinema əldə etmək olar.