Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək - Proqnozlar Bürosu

Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək - Proqnozlar Bürosu
SOSİAL
16:56 30.03.2017
1306
"Mart ayının 31-də ölkə ərazisində əsəcək güclü külək aprel ayının 1-də zəifləyəcək”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək: "Aprel ayının 1-də səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”.
OXŞAR XƏBƏRLƏR