Sabah bəzi rayonlar qazsız qalacaq

SOSİAL
18:12 19.04.2016
2412
“Azəriqaz” abonentlərinə xəbərdarlıq etdi.
Aprelin 20-də saat 10:00-dan 18:00-dək bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən  bildirilib.
“Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq”, - deyə “Azəriqaz” dan qeyd ediblər.
Qurum xəbərdarlıq edir ki, aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

OXŞAR XƏBƏRLƏR