Sabah bəzi rayonlarda qaz təchizatı dayandırılacaq

Sabah bəzi rayonlarda qaz təchizatı dayandırılacaq
Bütün Xəbərlər
08:04 09.08.2012
1105

Təmir işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan "Yaşma-Siyəzən" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

AZXEBER.COM-un ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri zamanı Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən, Candahar kəndlərinə, eyni zamanda, Xızı rayonunun Giləzi, Şurabad qəsəbələrinə, Yeni Yaşma və Sitalçay kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR