"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq

"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq
İDMAN
09:12 06.10.2026
127
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq.

Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirəcək.

Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da "Vilnüs Arena"da start götürəcək.

Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.
 
///report///
OXŞAR XƏBƏRLƏR