Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək
Bütün Xəbərlər
14:15 12.06.2014
750
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə saatlarında şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. 
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir. 
Abşeron çimərliklərində dəniz suyunun tempereturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 13-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 
///ANSPress
OXŞAR XƏBƏRLƏR