Sabah hava şəraiti təzadlı dəyişəcək

Sabah hava şəraiti təzadlı dəyişəcək
Bütün Xəbərlər
13:19 01.11.2012
1065
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 2-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 3-ü gün ərzində və 4-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, günün birinci yarısında 20 dərəcəyədək yüksələcəyi, günün ikinci yarısında isə 14-16 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR