Bakı və Abşeron yarımadasında dekabrın 9-dan 10-na keçən gecə və səhər hava şəraitinin çiskinli olacağı, gün ərzində dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.
Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, cənub-qərb küləyi gün ərzində arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır.Azərbaycanın rayonlarında dekabrın 10-da əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerdə duman olacaq, cənub-şərq rayonlarında isə az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənək.Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, bəzi yerlərdə 10-15 dərəcə, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.