Bakı və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 15-18, gündüz 18-23 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında oktyabrın 12-dən 13-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.