"Sabah" "Kəpəz"i məğlub etdi

"Sabah" "Kəpəz"i məğlub etdi
İDMAN
23:33 15.08.2026
157
Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

AZXEBER.COM-un məlumatına görə, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"da gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.

"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilmiş günün birinci görüşündə hesab açılmayıb.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. İlk turun digər matçları avqustun 16-17-si keçiriləcək.
OXŞAR XƏBƏRLƏR