“Sabah” ÇL-də ilk məğlubiyyətini aldı

“Sabah” ÇL-də ilk məğlubiyyətini aldı
İDMAN
23:15 05.08.2026
128
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

Skandinaviya təmsilçisinin heyətində Ceyms Boqere (31, 63) dubl edib. "Bayquşlar"ın yeganə qolu isə Velko Simiçin (66) ayağına yazılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR