Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, şimal-qərb, şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.
Havanın temperaturunun gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da fevralın 19-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtandan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Xatırladaq ki, meteoroloqlar ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıblar. Məlumata görə, fevralın 19-da Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək, havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.