Sabah ölkədə 15 dərəcə şaxta olacaq

Sabah ölkədə 15 dərəcə şaxta olacaq
Bütün Xəbərlər
18:35 16.12.2012
1429
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış və zəif qar yağacağı gözlənilir.Temperatur gecə 1-3° isti, gündüz 2-4° isti, Bakıda gecə 1-3° isti, gündüz 2-4° isti olacaqdır.Atmosfer təzyiqi normadan yuxarı - 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir. Temperaturun gecə -3°-8°, gündüz 0-5° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir.Temperatur gecə -9-14° şaxta, gündüz -2-7° şaxta olacaq.Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaqdır Gündüz zəif duman olacaq. Temperaturun gecə -1-6° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir.Temperatur gecə -6-11° şaxta, gündüz 0-4° isti, dağlarda gecə -10-15° şaxta, gündüz 6-11° şaxta olacaq.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Səhər duman olacaq.Temperaturun gecə 0-4° şaxta, gündüz 1-5° isti olacaq. Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.Temperaturun gecə 0-3° şaxta, gündüz 1-4° isti, dağlarda gecə -7-12° şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR