Sabah metronun iş qrafiki dəyişəcək

Sabah metronun iş qrafiki dəyişəcək
SOSİAL
11:05 25.06.2026
226
Silahlı Qüvvlər Günündə qatarların hərəkət qrafiki dəyişdiriləcək.

AZXEBER.COM xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. "28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.

Həmçinin qatarlar "Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və "Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.
OXŞAR XƏBƏRLƏR