“Sabah” - “Neftçi” oyununun vaxtı AÇIQLANDI

İDMAN
14:07 09.08.2023
155
Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, turun mərkəzi görüşü - "Sabah” - "Neftçi” qarşılaşması avqustun 20-də keçiriləcək.

Avqustun 20-də "Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Ümumiyyətlə, III turun görüşləri 18-20 avqust aralığında keçiriləcək.

Azərbaycan Premyer Liqası

III tur

18 avqust (cümə)

17:00. "Kəpəz” - "Turan Tovuz”
Gəncə şəhər stadionu
19 avqust (şənbə)

18:00. "Qəbələ” - "Sumqayıt”
Qəbələ şəhər stadionu

20:00. "Səbail” - "Zirə”
"ASCO Arena”

20 avqust (bazar)

18:00. "Qarabağ” - "Araz-Naxçıvan”
"Azərsun Arena”

20:00. "Sabah” - "Neftçi”
"Bank Respublika Arena”
OXŞAR XƏBƏRLƏR