“Sabah” Çempionlar Liqasında növbəti mərhələdə - 4 oyun, 4 qələbə

“Sabah” Çempionlar Liqasında növbəti mərhələdə - 4 oyun, 4 qələbə
İDMAN
21:08 28.07.2026
577
Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

AZXEBER.COM xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub. 

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bu isə o deməkdir ki, "Sabah" ən azı Konfrans Liqasında Liqa mərhələsini təmin edib.

"Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. "Lex" səfərdə keçirdiyi ilk görüşdə "Orhus"a 4:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı iyulun 29-da Polşada keçiriləcək.
OXŞAR XƏBƏRLƏR