İlkin mərhələdə 22 nəfərin namizədliyi irəli sürülsə də, 91 min imza toplama mərhələsindən 18 nəfər keçə bilməyib. 7 milyon seçicinin səs verəcəyi gözlənilən seçkilərdə əhali indiki prezident Nursultan Nazarbayev də daxil olmaqla 4 namizəd arasında seçim edəcək.
Xatırladaq ki, Nazarbayev 2005-ci ildəki prezident seçkilərində iştirak edənlərin 90%- dən çoxunun səsini qazanmışdı. Bu seçkilərdə də Nazarbayevin əsas namizəd olduğu bildirilir.