Sabah saatlar geri çəkiləcək

Sabah saatlar geri çəkiləcək
Bütün Xəbərlər
16:13 24.10.2015
1387

Sabah saat 5:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

OXŞAR XƏBƏRLƏR