Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə daha səmərələi hazırlaşmalarına kömək etmək üçün bu il sayca üçüncü sınaq imtahanını keçirəcək. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, sınaq imtahanları respublikanın müxtəlif şəhərlərində 47 binada keçiriləcək.