Bu gün Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi "Sabah" komandası Finlandiyada "KuPS" ilə qarşılaşacaq.
AZXEBER.COM xəbər verir ki, matç Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək.
Oyunu İsraildən olan FIFA referisi Qal Leyboviç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
Matç saat 19:00-da başlayacaq və İctimai TV-də canlı yayımlanacaq.
Sabah” "KuPS” səddini aşacağı təqdirdə tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni rəsmiləşdirəcək (ən azından Konfrans liqası) və "Neftçi”, "Qarabağ” ilə "Qəbələ”dən sonra bu uğura imza atan 4-cü klubumuz kimi futbol tariximizə düşəcək.









































