Bakı və Abşeron yarımadasında şimal küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 şaxta, gündüz 3-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın dekabrın 14-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.
Dekabrın 14-ü axşam və 15-i gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir.












































