Sabahdan 3 sərgiyə start veriləcək

Sabahdan 3 sərgiyə start veriləcək
Bütün Xəbərlər
10:02 24.05.2011
2027

AZXEBER.COM-un xəbərinə görə, İteca Caspian şirkətinin direktor müavini Bəhruz Hidayətzadə sərgilər haqqqında məlumat verib.Onun sözlərinə görə, sərgi mayın 25-dən 27-dək “Bakı Ekspo” Sərgi Mərkəzində “WorldFood Azərbaijan 2011” 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “İteca Caspian LLC” və “İTE Group PLC” şorkətlərinin təşkilatçılığı ilə həyata keçiriləcək: “Sərginin əsas xüsusiyyəti nümayiş etdirilən texnologiya və avadanlığın aktuallığı və perspektivliyidir. “WorldFoodAzerbaijan 2011” sərgisində 19 ölkədən 100 şirkət öz məhsul və texnologiyaları ilə iştirak edir və həmin texnologiyalar sahəsində avadanlıqların yüksək istismar səmərəsi təmin edilir”.

 Sərgiyə Azərbaycan, Bolqarıstan, Almaniya, İran, Litva, Hollandiya, Rusiya, Ukrayna,Fransa və digər ölkələrdən iştirakçılar qatılacaq. Sərgi sahəsinin 30%-ni yerli şirkətlər tutur. Builki sərginin 40%-ni debütantlar təşkil edəcək. Sərgidə pəhriz məhsulları təklif edən fransız şirkətinin iştirakı pəhriz saxlayanlar üçün şad xəbər ola bilər.

“WorldFood” və “Plastex” Sərgilərinin meneceri Maya Qafarlı “WorldFood Azerbaijan 2011” sərgisinin bir meydançada “WorldFood”, “WorldDrink”, “FoodPack”, “WorldFoodTech” və “Agrihort” kimi 5 tematik ekspozisiyanın birləşdirilməsi haqda məlumat verib.

Mayın 25-də Azərbaycanda ilk dəfə “Plastex Caspian” 1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və kauçuk sərgisi keçiriləcək. Bu debüt sərgidə 20 şirkət iştirak edir. Yerli istehsalçılardan “METAK”, Sumqayıt Texnoloji Parkı və s. müəssisələrlə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunacaq. İştirakçılar siyahısında “Petkim TP, “Textima”, “Zeppelin” kimi şirkətlərin də adı var.

“Horex Azerbaijan 2011” sərgisinin meneceri Dərya Cəfərliisə bildirib ki, sərgidə Azərbaycan. Almaniya, Rusiya, Türkiyə və Fransanı təmsil edən, mehmanxana və restoran üçün avadanlıqlar, ticarət, vitrin və soyuducu avadanlıqlar, qəhvə aparatları və qəhvə, tast-fud avadanlıqları, interaktiv rəqəmsal mehmanxana televiziyası, audio-video sistemlər, dizayn və interyer tərtibatı xidmətləri və s. məhsul təqdim edən şirkətlər iştirak edəcəklər. 

Mayın 26-da sərgi mərkəzində İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerləri tərəfindən “master-klass” seminarı keçiriləcək. 

 Aygün Əliyeva

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib