Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
SOSİAL
10:05 31.07.2017
840
Avqustun 1-dən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirib.
 
O qeyd edib ki, elektron qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək: "Bakı şəhərində məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sentyabrın 18-də yekunlaşacaq".
 
Xatırladaq ki, rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
 
apa.az
OXŞAR XƏBƏRLƏR