Sabahdan Balakəndə də “Gənclər evi” olacaq

GƏNCLİK
20:28 01.09.2011
1843

Sabah (2 sentyabr) saat 11.00-da bir rəsmilər, Milli Məclisin bir sıra üzvləri və digər qonaqlar Balakəndə açılışı olacaq “Gənclər evi” ndə bir araya gələcəklər. 

Qeyd edək ki, Balakən “Gənclər Evi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2007-ci il tarixli Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Tikintisi üçün Balakən rayon İcra Hakimiyyəti tərəfindən rayonun Heydər Əliyev prospektində 0,22 ha torpaq sahəsi ayrılmış “Gənclər evi” nin inşasına 2008-ildən başlanılmışdır.

Obyektin baş planına əsasən inşa edilmiş və 2 mərtəbəli binadan ibarət olan “Gənclər evi” nin 1-ci mərtəbəsində 35 nəfərlik kafe, mədəni kütləvi tədbirlər və asudə vaxtın təşkili otağı, internet klub, stolüstü oyunlar otağı, trenajor zalı, 2 ədəd duş otağı, 2 ədəd soyunub-geyinmə otağı və s , 2-ci mərtəbəsində isə gənclərin vətənpərvərlik tərbiyəsi üçün otaq, treninqlər üçün otaq, kitabxana , 45 nəfərlik konfrans zalı və digər otaqlar daxildir.

OXŞAR XƏBƏRLƏR