AZXEBER.COM xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqaməti dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi” stansiyası təyin olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib”, - deyə məlumatda qeyd edilib.











































