Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş Heydər Əliyev Sarayı daha bir yeniliyə imza atıb.
Sabahdan saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradılacaq. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 1-dən Heydər Əliyev Sarayının tamaşaçı foyesi (3000 kv.m) Wİ-Fİ zona ilə əhatə ediləcək və Sarayda keçiriləcək tədbir və konsertlər zamanı istənilən şəxs burada pulsuz (free) internetdən istifadə edə biləcək. Bu addımı atmaqda məqsəd yerli tamaşaçılarımıza və “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi müddətdə, ölkəmizə gələcək olan xarici turistlərə beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.