Sabahdan havalar soyuyur - AZƏRBAYCANDA

Sabahdan havalar soyuyur - AZƏRBAYCANDA
Bütün Xəbərlər
13:40 12.12.2012
1216
Dekabrın 13-ü axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR