Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.