"Sabah” Aaron Maluda ilə yollarını ayırıb. Klubdan AZXEBER.COM-a verilən məlumata görə, 20 yaşlı futbolçu İsveçrənin "Bazel” klubuna transfer olunub. Maluda ötən ilin sentyabr ayından "Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.