Sabahın havası ilə bağlı xəbərdarlıq - Şimşək, dolu, sel...

Sabahın havası ilə bağlı xəbərdarlıq - Şimşək, dolu, sel...
SOSİAL
16:47 08.06.2026
240
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR