UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq "Sabah" hazırda Belqraddadır.
AzxeberSport paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun prezidenti Maqsud Adıgözəlov Belqradda Azərbaycan millisinin keçmiş üzvü Branimir Subaşiçlə görüşüb.
Sabiq hücumçuya "Sabah"ın 10 nömrəli forması hədiyyə edilib.
Subaşiç görüş zamanı "Sabah"a bugünkü oyunda uğurlar arzulayıb.