Əla mübarizə apardıq. İnanırdıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik.
AZXEBER.COM xəbər verir ki, bu sözləri tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan "Sabah”ın futbolçusu Umarali Raxmonaliyev deyib.
Azərbaycan futbolunun inkişaf etdiyini deyən özbəkistanlı oyunçu azarkeşlərə də təşəkkür edib: "Uşaqlarla fəxr edirəm. Liqa mərhələsində gələcək rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuza baxacağıq”.
Qeyd edək ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini mübarizədən kənarlaşdırıb - 6:4.











































