Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki keçmiş baş konsulu, parlamentin sabiq deputatı Səyyad Aran Milli Məclis Aparatında vəzifəyə təyin olunub.APA-nın məlumatına görə, S. Aran Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi təyin olunub.