Sabiq deputata qarşı 1,6 milyonluq ittiham

Sabiq deputata qarşı 1,6 milyonluq ittiham
Bütün Xəbərlər
14:28 15.12.2014
831

"Nabran Holiday Village" istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış üç yaşlı İmran Cəfərzadənin ailəsi sözügedən mərkəzin sahibi, sabiq deputat Nizami İsgəndərovdan yüksək məbləğdə təzminat tələb edir.

AZXEBER.COM-unməlumatına görə, bu barədə azvision.az-a İ.Cəfərzadənin yaxını məlumat verib. Adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə, İmranın ailəsi hadisənin baş verdiyi mərkəzin sahibi olan sabiq deputat Nizami İsgəndərovdan 1 milyon 600 min məbləğində təzminat tələb edir. Bildirilib ki, İmranın ailəsi həmin obyektin sahibini məkəməyə verib.

Məhkəmə isə İmranın ailəsinə 70 manata məbləğində təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb: “Nizami İsgəndərov onlara heç bir köməklik etmir. Məhkəmin kəsdiyi 70 min manatdan isə ailə imtina edib. Çünki o pul İmranın heç bir dəfə Almaniyaya gedib-gəlməsi üçün kifayət etmir. Almaniyadan bizə verilən kağızda qeyd olunub ki, İmranın 20 yaşı tamam olan qədər protezinin dəyişdirilməsi üçün 1 milyon 600 min dollar lazımdır. Bu pul isə yalnız protezin dəyişdilməsinə xərclənəcək. İldə iki dəfə həmin protez dəyişdirilməlidir. Nizami İsgəndərəov həmin obyekti 2 milyon manata satışa çıxarıb. Bizə 70 min lazım deyil. Köhnə məhkəmə qərarından isə Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişik. Almaniyada həkimlərin bizə təqdim etdiyi kağızdakı məbləği ondan tələb edəcəyik”.

Qeyd edək ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və “Nabran Village Holiday” istirahət mərkəzi ilə yanaşı “Cavid” və “Sumqayıt” ticarət mərkəzlərinin sahibidir.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb.

Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Sayt haqqında səslənən ittihamlarla bağlı Nizami İsgəndərovla əlaqə saxlamağa cəhd etsə də, onunla danışmaq mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Paşinyan çalışır ki, kilsəni siyasətdən uzaqlaşdırmaqla bu problemi birdəfəlik həll etsin"
15:13 12.09.2025
"Paşinyan çalışır ki, kilsəni siyasətdən uzaqlaşdırmaqla bu problemi birdəfəlik həll etsin"
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
14:55 12.09.2025
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev