Sabiq həbsxana rəisi həbs edildi

Sabiq həbsxana rəisi həbs edildi
Bütün Xəbərlər
12:15 17.01.2012
1183
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi həbs edilib.Bu barədə APA-ya Salyan Rayon Polis Şöbəsindən bildirilib.Məlumata görə, Cəzaçəkmə Müəssisənin sabiq rəisi Faiq Güləliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. O, bir neçə vətəndaşı işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəməkdə günahlandırılır.Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.
OXŞAR XƏBƏRLƏR