Sabiq xanım deputat İSTEFA VERDİ

Sabiq xanım deputat İSTEFA VERDİ
SOSİAL
20:11 18.09.2025
438
Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

AZXEBER.COM Modern.az-a istinadən məlumatına görə, DAF Prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezident Könül Nurullayeva, Vitse-prezident Anar Qurbanov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, Katibliyin rəhbəri Tünzalə Əzimova istefa qərarı veriblər. 

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər isə aşağıdakı şəxslərdir:

 • Prezident – Fuad Quliyev

 • 1-ci vitse-prezident – Mehman Səfərov

 • Vitse-prezident – Davud Davudov

 • Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.
OXŞAR XƏBƏRLƏR