Sabirabad İcra Hakimiyyətində maraqlı olay

Sabirabad İcra Hakimiyyətində maraqlı olay
Bütün Xəbərlər
01:34 12.04.2014
1279

Bu dəqiqələrdə Sabirabaddan bir kənd sakininin icra hakimiyyətinin binasında qəribə bir hərəkəti ilə bağlı xəbər almışıq.

Rayon icra hakimiyyətindəki mənbədən daxil olan məlumata görə, iş gününün sonunda Zəngənə kənd sakini   xəstəlikdən əziyyət çəkən azyaşlı övladını inzibati binaya gətirib. 

O, müalicə üçün pulu olmadığını bildirib və icra başçısının müavini Həsən Həsənovla görüşmək istədiyini bildirib.   

Amma müavin onu qəbul etməyib. Belə olan təqdirdə adını müəyyənləşdirə bilmədiyimiz Zəngənə kənd sakini övladını icra başçısı müavininin iş otağının önünə ataraq çıxıb gedib. 

Zəngənə kənd sakinini saxlamaq mümkün olmayıb. (axar.az)

OXŞAR XƏBƏRLƏR